• $
  • €
  • ₽
  • ₺
  • £

Magistr və doktorant olmaq istəyən oğlanlara Şad xəbər

Magistr və doktorant olmaq istəyən oğlanlara Şad xəbər
29.05.2020 07:49
Magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Elm haqqında" qanun layihəsində bir sıra məsələlərlə yanaşı magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur: "Söhbət möhlət hüququnun verilməsindən gedir, hərbi xidmətdən azad edilməkdən yox. Bəzən ictimaiyyətdə belə bir fikir yaranır ki, magistrlər ümumiyyətlə hərbi xidmətə getməyəcəklər və s. Burada söhbət yalnız təhsil başa çatanadək möhlət hüququndan gedir. Bilirsiniz ki, Boloniya prosesi ilə bağlı Azərbaycanda təhsil 3 pilləlidir: bakalavriatura, magistratura, doktorantura. Biz tərəfdarıyıq ki, bu möhlət hüququ verilsin. Məsələn, şəxs bakalavr pilləsində təhsilini başa vuracaqsa və magistraturaya qəbul olunacaqsa, eyni zamanda magistraturanı bitirib doktoranturaya qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət hüququ ala biləcəklər".
Komitə sədri qeyd edib ki, bu məsələ artıq qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinin bu ilin yaz sessiyası dövründə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol