Ağstafa Şəhid Tahiri son mənzilə yol salır - YENİLƏNİB

APA xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhid hərbi qulluqçumuzla anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon Şəhidlər xiyabanında dəfn edilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
-----------
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.
Hazırda Ağstafa rayon Xətai kəndində Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Tahir Əliyev əsgər yoldaşı Samir Xudiyevlə bərabər qaya parçasının altında qalmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, S. Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























