Bakıda sərnişin avtobusları toqquşdu: yaralananlar var - FOTOLAR

Bu gün səhər 10 radələrində paytaxtın Nizami rayonunda iki sərnişin avtobusu toqquşub. Hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib.
Belə ki, 50 və 35 saylı marşrut-avtobusların toqquşması nəticəsində hər ikisi yararsız vəziyyətə düşüb. Həmçinin marşrutların sərnişinləri ciddi şəkildə zədələnib. Ona yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə iki polis və iki təcili yardım maşını gəlib və yaralılara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıblar. Hadisə şahidləri isə təcili yardım maşınlarının gec gəlməsindən şikayətləniblər.//Musavat.com
ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























