Ramiz Mehdiyev sərgidə - FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi təşkiati fəaliyyətinə həsr olunan ümumi yığıncaq keçirilib. ANS PRESS-in məlumatına görə, ilk olaraq elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi keçirilib. Sərgidə Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. Riyaziyyat institutunun direktoru Misir Mərdanov institutun təqdim etdiyi materialları R.Mehdiyevə təqdim edib.Qeyd edək ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak ediblər.Tədbir Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayıb.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























