Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur. Bunu açıqlamasında Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub.
Qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























