• $
  • €
  • ₽
  • ₺
  • £

Süpürgəçiliklə oğul böyütmüşəm - Əlillik ala bilməyən qazinin anası kömək istədi

Süpürgəçiliklə oğul böyütmüşəm - Əlillik ala bilməyən qazinin anası kömək istədi
09.08.2022 13:34
Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası hələ də övladınının haqqının verilmədiyini bildirib. Bunu Ötən gün Milli Məclisin Lənkəran - Astara seçki dairəsi üzrə deputatı Ziyafət Əsgərov rayonda şəhid ailələri və qazilərlə görüş zamanı deyib. 

Deputat qarşısında təsirli çıxış edən qazi anası hələ də övladınının haqqının verilmədiyini bildirib. 

"Müharibə başlayanda oğlum könüllü ərizə yazıb cəbhəyə yollandı. Döyüşdəki şücaətinə görə 3 medal alıb, Füzuli, Hadrut uğrunda döyüşüb. Əl-ayağı yerindədir, amma orqanları param-parçadır. Oğlumun 1.90 sm boyu var, uşağım gözümün qabağında çapalayanda mən ana kimi özümü öldürmək istəyirəm. Əlillik təyinatı üçün müraciət eləmişik, bir dəfə imtina gəlib. Qarda pəncərini açıb yatırdı, o qədər sağlam idi oğlum. Ağciyərində 7 qəlpə var. Bağırsaqlarının yarısı yoxdur.  Qolundan sinir çıxarılıb. Əlillik təyinatı verilən yerdə özləri rahatdılar, kiminsə dərdini başa düşmürlər. Bu uşaq gedib öz canını verib, siz niyə ona belə qiymət qoyursunuz? Bu övladlar qeyrətlə, namusla gedib vuruşdular, niyə onların haqqı qayıtmamalıdır?”

Qazi anası çətinliklə, süpürgəçi işləyərək iki övlad böyütdüyünü bildirib.
 
"Mən tək ana, süpürgəçi işləyə-işləyə onları böyütmüşəm. Niyə bir nəfər gəlib mənim qapıçmı açmır? Demir ki, sən bu evin içində nə çəkirsən? 

Mən anayam axı, özümə qəsd eləmək istəmişəm. Öz sağlam övladımı bu vəziyyətdə görmək istəmirəm. Bizim borcumuzdur, övladın borcudur Vətən borcunu yerinə yetirsin. Amma Vətən də bizim qolumuzdan tutmalıdır. Mən heç kimdən nə ev, nə pul istəmirəm. Övladımın haqqını versinlər. Zəhmət, zillət çəkib süpürgəçiliklə onu oxutmuşam, ona iş versinlər”. 

Məsələ ilə əlaqədar deputat Ziyafət Əsgərovla əlaqə saxladıq. O bildirdi ki, qazi Davud Bağırzadənin problemini nəzarətə götürüb və həlli üçün çalışacaq: "Mən qazinin anasından xahiş elədim ki, bütün sənədləri bizə göndərsin. Onun həm iş məsələsi var idi, həm də əlillik təyinatı ilə bağlı problemi var idi. Biz onu nəzarətə götürmüşük. Oradaca məsələni danışdıq, bütün sənədləri bizə göndərəcək. Mən o sənədləri nazirliyə göndərəcəyəm. Xahiş edəcəyəm ki, bu məsələni bir də diqqətlə yoxlasınlar. İnşallah nəticə də olar. Bu bizim borcumuzdur, biz buna çalışırıq”. 

Qazi Davud Bağırzadənin əlillik təyinatı ala bilməməsi və səhhəti ilə bağlı problemləri saytımızda işıqlandırılıb. Lakin aidiyyəti qurum tərəfindən qazinin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı əsas gətirilərək təyinatdan imtina edilib.(Qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol