• $
  • €
  • ₽
  • ₺
  • £

Bu turizm şirkətinə müraciət edənlərin nəzərinə- Dələduzluq iddiası - Fotolar

Bu turizm şirkətinə müraciət edənlərin nəzərinə- Dələduzluq iddiası - Fotolar
09.08.2022 16:12
"Via Travel” turizm şirkətinin müştəriləri aldadaraq onların pulunu mənimsədiyi iddia edilir.

Bu barədə turizm şirkətinə müraciət etmiş şəxslər şirkətin sosial şəbəkə hesabındakı paylaşımların şərh bölməsində qeyd ediblər. Müştərilər sözügedən şirkətin rəhbəri Ülvi Abbaslının onlara satdığı turpaketlərin saxta olduğunu iddia ediblər və ödədikləri pulların geri qaytarılmasını tələb ediblər.

Bəzi digər turizm şirkətlərinin rəhbərləri də "Via Travel” turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Belə şəxslərdən biri də ""Welcome Travel Azerbaijan” turizm şirkətinin rəhbəri Quliyev Emin Firdosi oğludur. O, bir müddət öncə Ülvi Abbaslıdan müəyyən turpaketlər aldığını, lakin həmin turpaketlərin saxta olduğunu biləndən sonra Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət etdiyini deyib. Ülvi Abbaslı tərəfindən fırıldaqçılığa məruz qalan bir çox müştərinin indi də özü ilə əlaqə saxladığını deyən Emin Quliyev sözügedən şəxsin bu cür əməllərdən əl çəkmədiyini bildirib.

İddialarla bağlı "Via Travel” turizm şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Məsələ barədə Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, mövzu ilə bağlı araşdırmalar aparılır və hüquqi qiymət veriləcək.
"Şirnikləndirici vədlər verərək əvəzində  aşağı səviyyədə xidmət göstərən turizm şirkətlərilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələlərə hüquqi qiymət verilir.

Tövsiyə edirik ki, vətəndaşlarımız etibar etmədiyi şirkətlərə müraciət etməsinlər”.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol