• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qazi tanışını güllələyib

Bakıda qazi tanışını güllələyib
09.08.2022 16:52
Bakıda tanışını güllələyən Vətən müharibəsi qazisi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
1987-ci il təvəllüdlü Tural Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə hökm elan edilib.
 
Avqustun 3-də elan edilən hökmə əsasən, T.Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
 
Güllələnmə hadisəsi bu il fevralın 21-də baş verib. Vətən müharibəsi qazisi Tural Məmmədov Binə qəsəbəsi ərazisində İlkin adlı tanışını "Escort” markalı tüfənglə güllələyib. Hadisəyə səbəb Turalın Binə qəsəbəsinin daxilində marşrut xətti üzrə avtobus istismara verməsi olub. Bu isə həmin ərazidə marşrut xətti işlədən Əfqan adlı şəxsin marağına toxunub və həmin şəxs Turala məxsus avtobusun qarşısını kəsərək hərəkətinə mane olub, avtobusdakı sərnişinləri düşürərək öz avtobusunun fəaliyyətini davam etdirdiyini bildirib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Əfqan Turalla görüşə qohumu İlkin adlı şəxslə gedib. Tural isə həmin yerə avtomobilinə silah qoyaraq yollanıb.
 
Görüş zamanı Turalla İlkinin arasında sözlü mübahisə başlayıb və o, özü ilə gətirdiyi tüfənglə İlkinə atəş açaraq ona qarın nahiyəsindən ağır xəsarətlər yetirib. Hadisə yerinə özünü çatdıran Tural Məmmədovun qardaşı Vüsal Məmmədov silahı onun əlindən alıb.
 
Məhkəmədə ekspertiza rəyi elan edilib. Bildirilib ki, hadisə vaxtı T.Məmmədov affekt vəziyyətində olmasa da, onun psixoloji problemləri var.
 
Həmçinin zərərçəkmiş şəxs Turalı bağışladığını, onun həbsdən azad edilməsini istədiyini deyib.
 
Məhkəmə T.Məmmədovun ilk dəfə cinayət törətməsini, Vətən Müharibəsində rəşadətlə iştirak etməsini, günahını səmimi etiraf etməsini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, onun 5 ay 12 gün (bu il fevralın 22-dən) həbsdə saxlanılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol