• $
  • €
  • ₽
  • ₺
  • £

Reket jurnalistlərə görə qanun sərtləşdirilsin - TƏKLİF

Reket jurnalistlərə görə qanun sərtləşdirilsin - TƏKLİF
10.08.2022 11:33
Dövlət hər bir cəmiyyət üzvünün hüququnun qorunmasına mükəlləfdir. Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub. Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
 
Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: "Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Sabah biz iclasımızda bəzi şikayətlərə baxacağıq. Mətbuat Şurası olaraq jurnalistlərə 1000-ə yaxın "press” gödəkçələr də verilib. Biz jurnalistlərin pandemiya dövründə vaksinasiyasını da təşkil etmişik”.
 
Əflatun Amaşov qeyd edib ki, reketçiliklə bağlı məsələlər cinayət işidir: "Azərbaycan mətbuatında reketçilik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol