Səfər Mehdiyevə görə heç kim işdən ÇIXARILMAYIB

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobili saxlayan yol polislərinin işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Sfera.az saytı məlum videodakı polislərin vəzifələrindən azad edilərək sərəncama götürülməsi barədə məlumat yaymışdı.
Bir müddət əvvəl yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılmışdı.
Cari ilin 16 iyulunda İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib. Səfər Mehdiyev 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından sədrin birinci müavini vəzifəsində çalışıb. 23 aprel 2018-ci ildə isə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib