Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir - Səhiyyə Nazirliyi

Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir. Çəpliyin bərpası əməliyyatla və eynəklə mümkündür. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eskperti Nigar Həsənova deyib.
"Təcili çəplik əməliyyatı yoxdur. Bu planlı əməliyyatdır və əməliyyat bir müddət gec olarsa heç bir əlavə ağırlaşma olmaz. Bəzən uşaqlara gözləri yaxşı görsün deyə kök şirəsi verirlər, ancaq bu ziyandır. Bu, hətta qaraciyərin fəaliyyətinə zərərdir. Biz valideynlərə məsləhət görürük ki, meyvə-tərəvəz, vitaminli qidalar versinlər. Hər hansı qidanı çox verməklə görməni yaxşılaşdırmaq mümkün deyil. Həmçinin göz idmanlarından yüksək nəticə gözləmək olmaz”, - o bildirib.
Nazirlik rəsmisi onu da əlavə edib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır.
Onun sözlərinə görə, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb.
"Komputerdən gündəlik həyatında çox istifadə edənlər gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər", - o vurğulayıb.
www.anews.az

Mütəxxəsis deyib ki, gözlərdə quruluq da kompüter arxasında olan insanlarda daha çox rast gəlinir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib