Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər vəfat edib. Bu barədə "Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.
Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 829 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1 164, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547 təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























