Mikayil Mirzəzadəyə yeni vəzifə verildi

Hökm.az və apress.az informasiya portallarının baş redaktoru, Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən "Ege Group” şirkətlər qrupunun direktoru Mikayıl Mirzəzadə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) məsul vəzifəyə təyin olunub.
AQC İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Pərviz Qulaminin verdiyi məlumata görə, Mikayıl Mirzəzadə Azərbaycan qiymətləndiriciləri ilə Türkiyə qiymətləndiriciləri arasında əlaqələri tənzimləyəcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Türkiyə üzrə təmsilçisi vəzifəsinə təyinat alan Mirzəzadə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hazırda Türkiyədə magistr təhsili alan Mikayil Mirzəzadə bir sıra mətbuat orqanlarında, qiymətləndirmə, xaricdə təhsil, turizm şirkətlərində çalışıb. Hazırda qiymətləndirmə, xaricdə təhsil və turizm eksperti olaraq fəaliyyətini davam etdirir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib