• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toxum sərgi-satış yarmarkaları keçiriləcək

Azərbaycanda toxum sərgi-satış yarmarkaları keçiriləcək
11.08.2022 23:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı ilə müxtəlif regionlarda ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək.


Bu barədə nazirlikdən bildirilib.


Yarmarkalarda AXA-nın qurumları ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.


Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, "seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.


Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.


Yarmarkalar avqustun 18-də Şəkidə, avqustun 20-də İsmayıllıda, avqustun 24-də Qubada, avqustun 29-da Ağcabədidə, avqustun 31-də Sabirabadda, sentyabrın 2-də Cəlilabadda, sentyabrın 8-də isə Hacıqabulda keçiriləcək. Məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən AXA-ya müraciət etməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol