• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - Video

Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - Video
12.08.2022 10:33
Bəzi obyektlərin qarajlarında və dayanacaqlarda avtomobillərin baqajları yoxlanılır. Əksər vaxtlarda bunun təhlükəsizlik məqsədilə edildiyi deyilir. Lakin, qanun şəxsin razılığı olmadan onun mülkiyyətinə baxış keçirilməsinə icazə vermir.

Məsələyə hüquqşünas Emil Aslanov aydınlıq gətirib.

O, bildirib ki, şəxsin özəl mülkiyyəti toxunulmazdır, onun icazəsi olmadan avtomobilinin hansısa hissəsinə baxış keçirilə bilməz.

Bəs hansı hallarda avtomobil saxlanılaraq ona baxış keçirilə bilər, bu proses qanunla necə tənzimlənir?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məsələnin qanunla necə tənzimləndiyini belə izah edib:

"Əgər nəqliyyat vasitəsi barəsində axtarış elan olunubsa və ya İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirmək üçün əsaslar olduqda, eləcə də, saxlanılmış nəqliyyat vasitəsində hər hansı bir qanunsuz yüklərin daşınmasına dair şübhələr varsa, bu halda Yol Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilə baxış keçirilə bilər.

Eyni zamanda, Yol Patrul Xidməti haqqında təlimata uyğun olaraq əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı stasionar postlarda dayandırılmış nəqliyyat vasitələrinə baxış keçirilmsi şəxslərin, nəqliyyat vasitələrinin qeydiyyat və sürücülük sənədlərinin yoxlanılması həyata keçirilə bilər”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol