• $
  • €
  • ₽
  • ₺
  • £

“Sapphire Plaza” sakinləri narazı salıb… - FOTOLAR

“Sapphire Plaza” sakinləri narazı salıb… - FOTOLAR
17.04.2014 20:29

 Məhəllənin pilləkənlərini dağıdıb, yerini avtoparkın sahəsinə qatıblar 

Bakı şəhərinin Abdulla Şaiq küçəsində yeni ucaldılan “Sapphire Plaza” biznes mərkəzi üçün avtoparkın tikintisi zamanı sakinlərin narazılığına səbəb olan hallara yol verilib.  

Həmin ünvanla kəsişən Bünyad Sərdarov küçəsindəki 2-ci dalanın sakinləri - Səriyyə Hüseynova, Səbinə Abdullayeva və başqaları ANN.Az-ın müxbirinə bildiriblər ki, tikinti zamanı onların dalanına çıxan pilləkənlər zəbt edilib və dağıdılaraq avtoparkın sahəsinə qatılıb. Avtoparkın ötən il sökülən bir neçə evin yerində salındığını deyən sakinlərin sözlərinə görə, artıq onların mənzilləri üçün də təhlükə yaranıb. Hər an torpaq uçqununun baş verə biləcəyini söyləyən sakinlər həm evləri, həm də ərazidə oynayan uşaqlar üçün narahat olduqlarını bildiriblər. 

Sakinlərdən gənc qız Kəmalə Əzizova isə müxbirimizə deyib ki, indi onlar avtomobil yolunun o biri tərəfindəki pilləkənlərdən istifadə etməyə məcburdurlar: “O pilləkənlər o qədər bərbaddır ki, hətta yıxılıb qolumu və ayağımı da əzmişəm” - deyən K.Əzizova, üstəlik tikinti işini aparan fəhlələrin onun yıxılmasına tamaşa edib ucadan güldüklərindən də sarsıldığını bildirib. 

Qeyd edək ki, müxbirimiz ərazidə fotoçəkiliş apararkən özünü “Sapphire Plaza”nın mühafizə xidmətinin rəhbəri kimi təqdim şəxs əməkdaşımızın peşə fəaliyyətinə mane olmağa, hətta fotoşəkillərin kameranın yaddaşından silnməsinə cəhd göstərib. 

ANNet.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol