"Xalq" və "Əməkdar" fəxri adı daşıyanların sayı və aldıqları təqaüd açıqlandı

2022 ci ildə Azərbaycanda təqaüd alan "Xalq" və "Əməkdar" fəxri adı daşıyanların sayı 3,7% və ya 172 nəfər artıb. Bu barədə Dövlət statistika komitəsindən bildirib.
Son bir ildə "Xalq" fəxri adı daşıyanların sayı 3 nəfər azalıb, "Əməkdar" fəxri adı daşıyanların sayı isə 175 nəfər artıb.
Bu ilin iyulunda Azərbaycanda 263 nəfər "Xalq", 4 590 nəfər isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
Xalq" və "Əməkdar" fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə artıb.
"Xalq" fəxri adı daşıyanların təqaüdləri 30 manat artaraq 180 manata, "Əməkdar" fəxri adı daşıyanlara isə 20 manat artaraq 120 manata çatıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























