Əl arabası istehsal edən müəssisə müzakirələrə səbəb oldu - Fotolar

Naxçıvanda "Saf metal” MMC adı ilə yeni fəaliyyət göstərən müəsissədə inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabalarının istehsalı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tanınmış şəxslər sosial şəbəkə hesablarında sözügedən müəssisənin fəaliyyət sahəsini və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən istehsalın təşviqi məqsədilə müəsissəyə 56 min 500 manat dövlət dəstəyi göstərilməsini tənqid ediblər.
İqtisadçı ekspert Natiq Cəfərli də məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib və insanlığın minillik kşfinin Naxçıvanda "yeni istehsal" kimi təqdim olunmasını tənqid edib.
"10 nəfər işlə təmin edilib (yəqin ki, bu 10 nəfərin biri müdirdir, çox güman, iki müavini, bir katibəsi də var).
Əl arabalarını insan övladı min illər öncə istehsal etməyə başlayıb.
Fotolarda 3 min il əvvəl istehsal olunmuş və Naxçıvanda istehsal olunacaq arabaları görürsünüz - məncə, qədim insanlar daha zövqlü idilər”, - ekspert bildirib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























