• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi
12.08.2022 18:30
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib.
 
Müraciətdə deyilir:
 
""Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar işlər davam etdirilir.

Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək  potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılmasını təmin etmək üçün fermerlərə müraciət edir. Bildirilir ki, sahəsi 50 ha-dan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və ya qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq [email protected] imeyl ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədova (əlaqə vasitələri: imeyl: [email protected], mobil: (077) 299 23 63)”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol