• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçisi saxlanılan “nurçu"larla görüşüb

Hüquq müdafiəçisi saxlanılan “nurçu"larla görüşüb
17.04.2014 18:41
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: “Mənə bildirdilər ki, Hacı Məmmədovun vəziyyəti yaxşıdır. Hər hansı problemi yoxdur. “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşmək isə mümkün olmadı. Çünki məhkəməyə aparmışdılar ”. E. Behbudov təcridxanada saxlanılan Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Əhməd Həsənovla görüşdüyünü də bildirib: “O, qanunsuz yolla Suriyaya gedib. Orada döyüşlərdə iştirak edib. 7 aydan sonra Azərbaycana qayıdanda həbs edilib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Tutduğu əmələ görə peşman olduğunu bildirdi. Suriyaya gedənlərə isə məsləhət gördü ki, oraya getməsinlər”. E. Behbudov təcridxanada saxlanılan Quba rayon sakini Eldəniz Hacıyevlə də görüşüb: “Onun evində axtarış aparıblar. Məlum olub ki, “nurçuluq” cərəyanına qoşulub. O isə özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, Qurani-Kərimi tədqiq edib, araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”. E. Behbudov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Ehtiram Əliyevlə də görüşüb: “Onun da hər hansı şikayəti olmadı”.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol