• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var
15.08.2022 23:30
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının bugünlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif cinayət əməlləri törədən şəxslər saxlanılıblar.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlui bilinən Ağcabədi şəhər sakini Elmir Eminov idarə etdiyi "VAZ” markalı avtomobillə saxlanılıb.


Ona məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.


Bundan əlavə şöbə əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər tutulub.


Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.


Polis əməkdaşları tərəfindən T.Məmmədzadəyə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 130 ədəd saxta pul, R.Zöhrablını yaşadığı ünvandan isə 1 ədəd avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.


Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol