"Novruz Kərimov təcavüzkarı qoruma" şüarı yazılan plakat açılıb

Avqustun 15-də bir qrup feminist Bakının "Mərkəzi Park" adlanan ərazisində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova müraciət edərək "Novruz Kərimov Təcavüzkarı Qoruma" şüarı yazan plakatı açıb. Onlar bu plakatı xalasıoğlunun təcavüz etdiyi deyilən Sənay Yağmurun şikayəti əsasında başlamış məhkəmə prosesində ədalətli qərar çıxması tələbi ilə açıb.
2021-ci ilin oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci ilin oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır. Artıq 1 ilə yaxındır ki, cinayət işi açılıb, aylardır davam edən məhkəmə prosesində hələ ki hökm oxunmayıb. İctimai fəallar, feminist fəallar bu prosesin bilərək uzadıldığını iddia edir.
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib