Azərbaycanda 54 nəfəri gün vurub - TƏBİB

2022-ci ildə Azərbaycanda yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
Onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
TƏBİB günvurma zamanı ilkin tibbi yardım olaraq aşağıdakıları tövsiyə edib:
zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq

zərərçəkənə soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək.
zərərçəkənin başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək və ilkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev mediaya açıqlamasında bildirmişdi ki, günvurmanın əsas əlamətləri - üzün qızarması, şiddətli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qan axması və görmə qabiliyyətinin pozulmasıdır.
İstivurmanın bir növü olan günvurma birbaşa Günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır. İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün Günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddət və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə qalmaq kifayət edir.
Günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qan axması və görmə qabiliyyətinin pozulmasıdır. Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.
Başının üstünə soyuq kompres (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir. Tənəffüs pozulduğu halda pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.
Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajını etmək tövsiyə olunur. Uşağı birbaşa Günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməklə qum vannasının qəbulunu növbələmək məsləhət görülür. Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və Günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırılmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.
Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-a kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda bayıra çıxarkən Günəş kremindən istifadə nəticəsində dərini ləkələrin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini Günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltar geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib