Koronavirusa yoluxmanın payızda artacağı istisna olunmur - Səhiyyə Nazirliyi

Azərbaycanda koronavirusa yoluxmanın payızda artacağı istisna olunmur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.
O deyib ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir.
www.anews.az
O deyib ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir.
"Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil", - o qeyd edib.
Ekspert deyib ki, koronavirus qripin və əksər hallarda zökəmin törədicisi viruslardır.
"Bu xəstəliklərin hər üçünün simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Amma COVID-19 xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən bəzi simptomlar müşahidə oluna bilər: qoxu və dad itkisi, ayaqların aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVID -19 infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir. Qrip də simptomlara görə koronavirusa bənzəyir. Amma bəzi fərqlər də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti tədricən artır. Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdirMəlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir.
Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir. Sınaqdan keçirilmiş virusdan qorunma yolları dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir", - o əlavə edib.

Dünyada 596 176 955 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 6 456 951 xəstə ölüb, 570 235 973 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ 94 788 022, Hindistan 44 277 194 Fransa 34 234 005, Braziliya 34 178 240 və Almaniyada (31 599 085 nəfərdir. Azərbaycanla sərhəddə Rusiyada 18 907 231, Türkiyədə 16 528 070, İranda 7 482 521, Gürcüstanda 1 710 749, Ermənistanda isə 430 361 nəfərdə koronavirus aşkar edilib. Azərbaycanda koronavirusa yoluxan 805 213 nəfərin 9 777-si ölüb, 792 230 xəstə müalicə olunaraq sağalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib