• $
  • €
  • ₽
  • ₺
  • £

448 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-dən AÇIQLAMA

448 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-dən AÇIQLAMA
16.08.2022 11:13
Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir il ərzində 2 594 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

 "Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”, - o deyib.

O xatırladıb ki, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib. "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin işi təşkil olunub.

"İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub. 1 452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1 530 ədəd piyada əleyhinə, 1 762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilib, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib", - o, əlavə edib. (report.az)





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol