Quba və Şabran rayonlarının meşə ərazisində yanğın DAVAM EDİR - YENİLƏNİB

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.
Bu barədə Fövqalədə Hallar Nazirliyi məlumat yayıb.
Şabran rayonunun Zöhrəmli kəndində baş verən yanğın nəticəsində bir neçə ev yanıb.
********
Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın davam edir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























