Pullu xidmət göstərən təhsil ekspertlərinə çox da etibar etmək olmaz - DİM sədri - VİDEO

Dövlət İmtahan Mərkəzinin bölgələrdə
9, Bakıda isə 6 məsləhət mərkəzi xidmət göstərir. Bunu Dövlət İmtahan Mərkəzinin
sədri Mələykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
"Mən sosial şəbəkələrdə monitorinq apardım. Məlum
oldu ki, şagirdlərə müəyyən pul müqabilində bu xidməti göstərən şəxslər
var. Onlara çox da etibar etmək olmaz. Dövlət İmtahan Mərkəzi şagirdlər üçün bu
xidməti pulsuz göstərir. Valideynlər və şagirdlər həmin mərkəzlərə yaxınlaşmaqla
bu xidmətdən istifadə edə bilər", Abbaszadə bildirib.
Abituriyentlər Naxçıvan,Göyçay,Gəncə,Lənkəran,Şəki, Xaçmaz,Şirvan,Bərdə və Şəmkirdə Dövlət İmtahan Mərkəzinin məsləhətləşmə mərkəzlərinə müraciət etməklə pulsuz xidmət ala bilər. Bakı üzrə isə bu xidmət 6 universitetdə fəaliyyət göstərir.
Mələykə Abbaszadə özünə təhsil eksperti deyənlərin də fəaliyyətinə münasibət bildirib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil ekspertlərinin fəaliyyətini tənqid edib.
"Ekspertin hər hansı sahə üzrə 10-15 il fəaliyyəti olmalıdır. 5 il fəaliyyət göstəribsə, bu sahədə elmi məqalələri yoxdursa, elmi konfranslarda çıxış etməyibsə, özünü təhsil eksperti kimi təqdim edə bilməz. Elə şəxslər yalnız özü-özünü təhsil eksperti adlanıda bilər. Mən də özümü metallurgiya üzrə ekspert kimi təqdim edim. Bu, gülməli səslənəcək, çünki mən ömrümdə metallurgiya ilə məşğul olmamışam. Mən özümü belə təqdim etməklə ekspertə çevrilmirəm axı, məsələ ondadır. Müəyyən sahələr var ki, orada özlərini kiçik biznes quran şəxslər kimi elan etsəydilər, daha düzgün olardı. Ekspert sözü məsuliyyət tələb edir", Abbaszadə bildirib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























