Qazaxın 7 kəndi də delimitasiya mövzusudur - DSX rəsmisi

Dövlət Sərhəd Xidmətinin vəzifəsi qarşısına qoyulan tapşırıqları, yeni qəbul olunmuş qərarları icra etməkdən ibarətdir. Lakin DSX dövlət sərhədini müəyyən edən qurum deyil. Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov avqustun 16-da keçirilən mətbuat konfransında deyib.
"Düzdür, delimitasiya ilə bağlı Komissiyada təmsil olunur. Qərar nə olarsa, biz bunu yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - rəis müavini bildirib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov isə tədbirdə digər maraqlı məqama toxunub. O bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi ilə bağlı məsələ də delimitasiya mövzusudur.
Qazax rayonunun işğal altında olan 7 kəndi aşağıdakılardı:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib