Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI

2022-ci ilin yanvar-iyulunda Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Modern.az rəsmi məlumata əsasən xəbər verir ki, ölkəyə gələnlərin 26,4 %-i Rusiya Federasiyası, 21 %-i Türkiyə, 11,6 %-i İran, 6,8 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3 %-i Pakistan, 2,6 faizi Hindistan, 2,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2 %-i Ukrayna, 1,9 %-i Qazaxıstan, 1,5 %-i Küveyt, hər birindən 1,4% olmaqla İsrail və Oman, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 %-i digər ölkələrin vətəndaşları olublar. Gələnlərin 75,3 %-ni kişilər, 24,7 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən - 166,6 dəfə, Omandan - 156,9 dəfə, Pakistandan - 31,9 dəfə, Hindistandan - 18,2 dəfə, Bəhreyndən - 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 7,3 dəfə, İsraildən - 7,1 dəfə, Qazaxıstandan - 5,8 dəfə, ABŞ-dan - 4,4 dəfə, Almaniyadan - 3,2 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 22,5 faiz artıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 %-i hava, 36,4 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib