• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Şahindən polisin nurçu əməliyyatına DƏSTƏK

Hacı Şahindən polisin nurçu əməliyyatına DƏSTƏK
17.04.2014 15:39
"Sakinlərinin böyük əksəriyyəti sünni təriqətinə mənsub olduğundan nurçular məhz Göyçayı seçiblər. Göyçayın dini mənzərəsi rəngarəngdir.Orada ənənəvi sünni və şiə təriqətlərilə yanaşı, nurçuluq və vəhhabilik də yayılıb. Yəni rayonda qeyri-ənənəvi təriqətlərin meydana çıxması üçün şərait mövcuddur. Nurçuluq və vəhhabilik ənənəvi məzhəblər arasındakı tarazlığı pozur. Elə onların məqsədləri də odur ki, bu tarazlığı pozsunlar".Bunu Teleqraf.com-a açıqlamasında əslən Göyçaydan olan "Məşədi Dadaş" dini icmasının rəhbəri Hacı Şahin Həsənli bildirib.  Qeyd: Daxili İşlər Nazirliyi aprelin 11-də Göyçayda “nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirib. Təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.      H.Şahin Həsənli Göyçayda polisin nurçulara qarşı əməliyyat keçirməsini təqdir edir: "Bu cür təriqtələrə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq lazımdır. Məndə daha əvvəldən də məlumat var idi ki, Göyçayda nurçu, vəhhabi təriqətlərinə məxsus şəxslər var. Bu təriqətlərin daxili şəbəkələşmə sistemi mövcuddur. Məsələn, nurçular təhsil, media, biznes strukturlarında təmsil olunmaqla, bir-birinə dəstək nümayiş etdirirlər. Biz Türkiyədə də bunun şahidi oluruq. Mümkündür ki, nurçuların Göyçayda biznes şəbəkəsi olsun. İnsanları pulla təriqətə qoşmaq kimi faktlar da mövcuddur. Onlar rayondakı dini durumdan öz maraqları üçün istifadə edirlər".  ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol