Müharibə iştirakçısını öldürən şəxs həbs edildi

Bakıda İkinci Qarabağ müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Qətlə yetirilən Niyaməddin Muradov İkinci Qarabağ müharibəsindən sonra "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib