• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni məktəbli formalarının satışına başlanıldı

Yeni məktəbli formalarının satışına başlanıldı
17.08.2022 10:25
Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb. Bu barədə "Report”a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır.

"Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər. Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə "Bravo” marketlər şəbəkəsində də satış başlayacaq", - o deyib.

Əzimov vurğulayıb ki, jaketlərin satışı isə payızda olacaq.
 
"Hələ onu hazırlamağı çatdırmırıq. Həm də jaketləri biz tikmirik. Bura tikiş fabrikidir, toxucu fabrik deyil. Hissə-hissə sifarişlər veririk. Təxminən 20-25 günə, sentyabrın ortasına, soyuqlar düşməmiş hazır olacaq",- o vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol