• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 12 məhsulun enerji içkisi olmadığı aşkarlanıb

Azərbaycanda 12 məhsulun enerji içkisi olmadığı aşkarlanıb
17.08.2022 10:28
Satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
 
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:

1. "A+ Co” ASC tərəfindən istehsal edilən "Pit bull” – enerji içkisi deyil;

2. АО МПБК "Очаково” tərəfindən istehsal edilən "Mohito Fresh” – enerji içkisi deyil;

3. "OOO Megapak” tərəfindən istehsal edilən "Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;

4. "Boom Group” Ltd tərəfindən istehsal edilən "Boom” (cherry) – enerji içkisi deyil;

5. "Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən "Jaquar” – enerji içkisi deyil;

6. "Berg Food” Gmbh tərəfindən istehsal edilən "Jara” (moxito) – enerji içkisi deyil;

7. "Berg Food” Gmbh tərəfindən istehsal edilən "Berg glukose” – enerji içkisi deyil;

8. "Berg Food” Gmbh tərəfindən istehsal edilən "Jara” – enerji içkisi deyil;

9. "Avrora” MMC və "Berg Energy” MMC tərəfindən istehsal edilən "Bizon” – enerji içkisi deyil;

10. "Hell Energy” Ltd müəssisəsinə məxsus, "Aztrade” MMC tərəfindən idxal edilən "Hell” - "Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;

11. "A+ Co” ASC tərəfindən istehsal edilən "Full orijinal yeni nəsil” – "Full energy” istisna olmaqla, enerji içkisi deyil;

12. "Moskva Brewing Company” tərəfindən istehsal edilən "Gorilla” – enerji içkisi deyil.

Yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.

Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara "enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

AQTA istehlakçılara bildirir ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol