• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan internetin sürətinə görə geriləyib

Azərbaycan internetin sürətinə görə geriləyib
17.08.2022 10:57
2022-ci il iyulunda Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb. Bu barədə  "Speedtest Global Index” məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212,98 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.
 
Bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” və "Bakı Telefon Rabitəsi” ("Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s tarif paketinə köçürüb. Nəticədə əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s internet tarifinin aylıq ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi  30 Mb/s qədər artdığından internetin qiyməti də 12,5 manatdan 18 manata kimi artıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol