802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib

2022-ci il yanvar-iyulunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























