• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkib

Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkib
17.08.2022 13:31
Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkib. Bu barədə qurumdan deyilib.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub", - qurumdan deyilib.
 
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş Ermənistan vətəndaşları da qəbul edilib.

Konfidensial qəbullar çərçivəsində aparılan söhbət zamanı hər bir məhkum üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin təmin olunduğu müəyyən edilib. Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan şikayət etməyiblər.
Başçəkmə zamanı həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol