İntim görüntüləri yayılan FHN əməkdaşları ilə bağlı araşdırma başladı - RƏSMİ

İntim görüntüləri yayılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı araşdırma başlayıb. Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.
"Qafqazinfo" hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.
www.anews.az
Məlumata görə, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.
Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Eyni zamanda, görüntülənən qadınlarla bağlı da FHN-də bu gün iclas keçiriləcəyi gözlənilir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyevin xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb. Görüntüləri Mirzəyevin özünün lentə aldığını əks etdirən videolar da yayılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























