• $
  • €
  • ₽
  • ₺
  • £

Şabrandakı yanğında 13 ev yandı - Fotolar

Şabrandakı yanğında 13 ev yandı - Fotolar
17.08.2022 15:46
Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları nəticəsində rayonun Dağbilici kəndində 3 ev yanıb. Bir ev tamamilə yanaraq sıradan çıxıb, digər iki ev qismən yanıb. Həmçinin Zöhramı kəndində 10 evin yardımçı hissələri yanğından zərər görüb.


Bu barədə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev Qafqazinfoya məlumat verib.


Onun sözlərinə görə, bu, yanğının vurduğu zərərlə bağlı ilkin məlumatdır.
 
"Hazırda meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin araşdırılması ilə bağlı komissiya işləyir”, Ağayev bildirib.


İlkin Ağayev, həmçinin bildirib ki, artıq rayonun digər kəndlərində yanğınlar bir qədər səngiyib. Yuxarı kəndlərdə 13 yanğınsöndürmə texnikası həmin ərazilərdə keşik çəkir. Hər hansı xoşagəlməz hadisə olarsa, qarşısını almağa hazırdırlar.


 Şabranda dağlıq ərazidə biçilmiş əkin sahəsində başlayan yanğın sonradan yaxınlıqdakı kəndlərə də çatıb. Sosial şəbəkələrdə kəndlərdə ev və təsərrüfatlara ciddi zərər dəydiyini əks etdirən görüntülər yayılıb. AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Elxan Yusifli də feysbuk hesabında həmin kəndlərdə hazırkı dəhşətli vəziyyəti göstərən fotoşəkillər paylaşıb. Həmin görüntüləri təqdim edirik:








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol