Zaqatalada keçmiş məhkum həmkəndliləri tərəfindən döyülüb

aqatala sakini həmkəndliləri tərəfindən döyülüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 04 radələrində rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü Ramazan Tahir oğlu Bədəlov bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R.Bədəlovun həmkəndliləri tərəfindən döyüldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Döyülən Ramazan Bədəlov 2020-ci ilin iyul ayında həmkəndlisi Fariz Kərimovla əlbir olaraq başqa bir həmkəndlisinin evindən oğruluq edib və daha sonra iz itirmək üçün həmin evi yandırıb. Buna görə saxlanılan R. Bədəlov 6 ay əvvəl həbsdən çıxıb. Fariz Kərimov isə hələ həbsdədir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib