Özünü yandıran qazinin vəziyyəti ağırdır - RƏSMİ

Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır. Bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”(TƏBİB) publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
Avqustun 18-də Samux rayon sakini Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandırmağa cəhd edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia olunur ki, intihara cəhd edən şəxs müharibə iştirakçısıdır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən açıqlamaya görə, fakt araşdırılır.
"Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır", - qurumdan deyilib.
Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev bildirib ki, Abdullayev İcra Hakmiyyətindən narazıdır.
""Gənc Qazilər” İB-nin Samux rayon şöbəsinin sədri Təbriz Abdullayevin vəziyyəti qənaətbəxşdir. Yandırmağa səbəbkar Samux rayon icra hakimiyyətinin başçısıdır. Bir ilə yaxındır ki, icra başçısından dövlət tərəfindən ona verlecək torpağı ala bilmirmiş. Beş nəfər öz adamlarına verib digərlərində verməyib", - o yazıb.
Samux Rayon İcra Hakimiyyətindən məsələyə rəy almaq istəsək də, əlaqə yarada bilmədik.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























