Rəsulzadənin fotosu 10 manatdan hərraca çıxarıldı

Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin arxiv fotolarından biri Aksion səhifəsində hərraca çıxarılıb.
Həraca çıxarılan fotoya ilkin qiymət 10 manat qoyulub.
Foto Azərbaycan Cümhuriyyətinin 9-cu il dönümündə, 28 May 1927-ci ildə İstanbulda çəkilib. Fotonun karton çərçivəsinin ön və arxa üzündə Azəri Türk Gəncər Birliyinin möhürü və ərəb hərfləri ilə yazılar var.
Fotonunön hissəsində "İstiqlal ələmdarı möhtərəm və müəzzəz rəisimiz Məmməd Əmin Bəy əfəndiyə təqdim” , aşağı hissəsində isə "İstanbulda Azərbaycan istiqlaliyyətinin 9-cu il dönümü 28 Mayıs (1927) günü tayid münasibətiylə Azəri Türk Gənclər Birliyi nəşriyyatından” fikirləri yazılıb.
Hərracın bitmə tarixi bu gündür. Və hazırda fotonın alınması üçün ən son 400 manat təklif edilir.
Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib