• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda foto sənətinin vəziyyəti necədir? - ŞƏRHLƏR

Azərbaycanda foto sənətinin vəziyyəti necədir? - ŞƏRHLƏR
19.08.2022 19:34
Bu gün, avqustun 19-u Ümumdünya Foto Günü kimi qeyd edilir. Bəs Azərbaycanda fotoqrafiyanın vəziyyəti necədir? 
 
Fotojurnalist Müzəffər İsmayılov insanların kamera qarşısında tərəddüd keçirdiklərini deyir və bundan  təəssüflənir.
 
Azərbaycan vətəndaşlarında kameraya qarşı mənfi fikir formalaşıb. Bunun da iki səbəbi var - sosial şəbəkələrdə çəkən şəxs tərəfindən mənfi obraz kimi təqdim edilmələri və normal fotolar olsa da gələn mənfi rəylər. Məhz bu səbəblərə görə fotoaparatı kiməsə tərəf çevirəndə avtomatik həmin fikirlər insanların  ağlına gəlir və həmin anda ağzından çıxan ilk söz "çəkmə məni", "nəyi çəkirsən" və ya "fotonu tez silin" olur. XXİ  əsr, sözdə müasirlik dediyimiz dövrdə fotoya qarşı belə aqressiyanın olması həqiqətən üzücü bir durumdur ”.
 


Gənc fotojurnalist  təşkilatçılar tərəfindən onlara lazımi şərait yaradılmamasından gileylənir.
 
"Bizə hansısa şərait yaradılırmı? Və ya hər hansı bir tədbir keçirilərkən, məkan seçilərkən orda fotoqrafların gəlib fotolarını ideal çəkə biləcəkləri nəzərə alınırmı? Demək olar ki, 90 faiz təşkilatçılar bunu nəzərə almır, onlar üçün əsas olan çağırdıqları insanların o zala yerləşə bilməsi və tədbirin baş tutmasıdır. Kim işini necə görəcək  heç kimi maraqlandırmır. Fotoqraflar da bu sıradandır. Bu mövzuda ən yaxşı irəliləyiş isə DİN tərəfindən var. Küçə çəkilişləri ilə bağlı, icazələrin alınması ilə bağlı həqiqətən çox yardımcı olurlar ”.
 
Müzəffər İsmayılov Azərbaycanda bu sahənin inkişafı üçün birinci fotokameraya olan mənfi sterotiplərin qırılmağının zəruriliyini vurğulayır.
 
"Azərbaycanda bu sahənin inkişafı üçün öncə foto sahəsini düzgün tədris edən insanların olduğu məkanda, o insanlar tərəfindən dərslər təşkil edilməlidir. İstər mobil fotoqrafiya, istərsə də fotokamera ilə gözəl fotolar çəkə bilən minlərlə gənclərimiz var. Onlara doğru istiqamət verilməməsi və pul qazanmaq yönündə nələr edəcəklərini bilməmələri təəssüf ki, onları bu sahədən uzaq salır. Bəziləri bu sahədə uğur qazanmaq üçün mütləq bahalı avadanlığın olmalı olduğunu deyir, amma reallıq daxildən gələn istəyin, istedadlı birinin daha gözəl kadrlar ortaya çıxara bildiyini göstərir.

Və bundan başqa da ilk olaraq Azərbaycan insanına o foto kamera sevgisini yaşatmaq lazımdır. Onun qorxulu yox, əslində gözəl anları ölümsüzləşdirən bir avadanlıq olduğunu qəbul elətdirmək lazımdır. Zənnimcə baxış açısı dəyişərsə, bu işi sevərək görən insanların da sayı günü gündən artar ”.
 

Fotoqraf Anar Bayramov düşünür ki, Azərbaycanda küçə fotoqrafiyası digər ölkələrə nisbətən daha çətindir.
 
"Azərbaycanda fotoqrafların üzləşdiyi əsas problemlərdən biri bəzi yerlərdə çəkilişlərin qadağan olunmasıdır. Mən düşünürəm ki Azərbaycanda küçə fotoqrafı olmaq diğər ölkələrə nisbətən daha çətindir”, - o deyib.
 

 
O, Azərbaycanda fotoqrafiya kurslarının sayının artırılmasının tərəfdarıdır.
 
"Azərbaycanda fotoqrafiya kursları daha azdır. Fotoqrafiya kurslarının sayyının artırılmasını təklif edirəm. Bizim çəkiliş etdiyimiz yerlərdə ümumi xərclərimizin qarşılanması kimi şəraitlər yaradılır. Amma gənc fotoqrafların tanınması,  Azərbaycanın dünyaya tanıdılması və fotoqrafların fikir mübadiləsi apara biləcəyi layihələr üçün şərait yaradılmasını istəyirəm", - fotoqraf bildirib.
 
Sənədli fotoqraf Elxan Qəniyev gələcəklə bağlı insanların məlumatlı olmasını fotoqrafla əlaqələndirir.
 
"Azərbaycanda fotoqrafların üzləşiyi ən böyük problemlərdən biri bəzi yerlərdə çəkiliş icazəsinin məhdudlaşdırılmasıdır. İstər turizm yerlərində, abidələrdə və yaxud gözəl mənzərəli istirahət zonalarında fotoqraf öz sənətini icra etmək istədikdə çəkilişə izn verilmir. Çəkilən hər bir foto gələcəkdəki keçmişin bələdçisidir. Əgər bizim gələcəklə bağlı kiçik də olsa, məlumatımız varsa, bu fotoqrafların sayəsindədir. Keçmişi yaddaşa vurub gələcəyə ötürən insanlara şərait yaradılmaması mənfidir”, - o dedi.
 

 
Rəqəmsal rəssam bildirir ki, onlara yaradılan ən böyük şərait sənətə dəyər və motivasiya mənbəyi ola bilər.

" Fotoqrafları həvəsdən salan bir məsələ də onların təkcə sosial şəbəkədə paylaşması ilə kifayətlənmələridir. Azərbaycanda fotoqrafların tələbatını ödəyəcək sayda jurnal, veb sayt yoxdur.  Azərbaycanda yeni yaradılan "foto stock”, Azərbaycan Fotoqraflar Birliyi, Gilavar fotoklub və s. kimi birliklər var.  Amma daha da çox olub rəqabət yarada bilər. "National Geography” kimi jurnal və ya hansısa layihə, veb sayt Azərbaycanda da yaratmaq mümkündür. Fotoqrafiyanın təkcə toy, el şənlikləri janrından ibarət olmadığını göstərmək lazımdır ”.
 
O, Azərbaycanda fotoqrafiyanın indiki vəziyyətində bəzi fotoqrafları da günahkar hesab edir.
 
"Bu sahənin Azərbaycanda inkişafı üçün ən böyük güc fotoqrafların üzərinə düşür. Hazırda fotoqrafiya sənətinin sənətdən çıxıb texniki peşə kimi qəbul edilməsinin günahkarlarından biri də fotoqraflardır. Sadəcə pul üçün bunu etmək olmaz. Fotoqraflar öz işlərini sənət kimi təbliğ etməlidirlər. Və bunu məsxərəyə qoymaq olmaz. Bəzi fotoqraflar var ki, bu sənəti məsxərəyə qoyaraq Azərbaycanda fotoqrafiyanın inkişafı prosesini ləngidir ”.

Fotojurnalist Ehtiram Jabi isə fotoqrafiya sahəsində olan prosesləri şəffaflıqdan və müstəqillikdən çox uzaq hesab edir.
 
" Azərbaycanda fotoqrafiyanın vəziyyəti heç yaxşı deyil. Fotoqrafiya üzrə olan təşkilatlar müəyyən çərçivədə işlər görürlər. Gördükləri tədbirlər, müsabiqələr də fotoqrafiyanın inkişafı üçün zərrə qədərdir. Digər sahələrdəki kimi əksər insanlar doğru yerdə deyil. İşlədiyim bir çox yerlərdə idarəçi mövqeyində olan şəxslərin fotoqrafiya ilə yaxında uzağa əlaqəsi yoxdur. Özəl təşkilatlarda da fotoqraflara dəstək yoxdu. Siz hansısa layihənizi fərdi işləmək istəsəniz, maliyyə problemləri ilə üzləşəcəksiniz. Gərək xarici təşkilatlar ilə əməkdaşlıq edəsiniz. Dövlət təşkilatlarında isə ancaq bu bəlli bir xətt üzərində olur. Çox vaxt hansısa işlərini reklam etmək məqsədi güdür”
 
Fotoqraf Rasim Sarı azərbaycan dilində kifayət qədər resursların olmamasından narazıdır. 

" Bu sahəyə yönələn insanların ən çox üzləşdiyi problemlər kifayət qədər azərbaycan dilində resursların olmamasıdır. Veb saytlarda isə ən yaxşı ehtimalda türkcə, əlavə dil bilirsənsə, rus və ingilis dilində materiallar əldə etmək olur. Hər şey orada detallı şəkildə, bir yerdə olmadığından araşdırmaq və bunu öyrənmək çox vaxt tələb edir ”. 

Praktiki biliklər ilə yanaşı nəzəri biliklərin də vacibliyini vurğulayan fotoqraf üzləşdiyi maddi problemlərə də toxunub. 

"Bizdə nəzəriyyəni bilən fotoqraflar barmaqla sayılacaq qədərdir. Düzdür, bu sahə yaradıcıdır. Amma işin nəzəri tərəflərini də bilmək zəruridir. Xarici ölkələrə baxanda bizdə masterklaslar uyğundur. Amma əhalinin güzəranını nəzər alaraq yeni başlayanlar üçün yenə də yüksəkdir. Texniki təchizatlar isə çox bahadır. Azərbaycanda demək olar, satışı yoxdur. Son model avandıqları xaricdən almalısan. Onda da gecikmələr, müəyyən problemlər yaranır. Müəyyən qədər öyrəndikdən sonra bazara daxil olursan. Vahid sistemin olmaması, hamının pərakəndə işləməsi də problemlərə səbəb olur”. 

O, inkişafın birgə hərəkət ilə gələ biləcəyinə inanır. 

" İnkişaf üçün işini yaxşı bilən fotoqraflar bir yerə toplanmalıdır, azərbaycan dilində resurslar yaratmalıdır. Yeni öyrənənlərə dəstək olmaq lazımdır ki, bu sahə sürətli inkişaf etsin. Avadanlıqları uyğun qiymətə daha əlçatan etmək lazımdır ".

 
Bu əlamətdar gün 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Bu tarixin seçilməsi 1839-cu ildə dünyada ilk dəfə Lui Jak Mande Daqera tərəfindən şəklin prototipinin cəmiyyətə təqdim olunması ilə bağlıdır.
 
Hər il avqustun 19-da dünyanın hər yerindən fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi altında paylaşım edirlər.
 
 
Məhluqə Tağıyeva

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol