Xarkovda ölənlərin sayı artdı

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda rusların avqustun 17-18-də iki yataqxanaya hücumu nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb. Bu barədə BBC agentliyi məlumat verib.
Xarkov vilayətinin Fövqəladə Hallar İdarəsi Xarkov şəhərinin Slobodski və Saltovski rayonlarındakı yataqxana binasında axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını, dağıntılar altında heç kimin qalmadığını bildirib.
Cümə günü, avqustun 19-da Xarkovda kütləvi raket zərbələri nəticəsində həlak olanların xatirəsinə matəm elan edilib.
Cümə günü səhər Xarkov yeni atəşə məruz qalıb.
"Xarkovun atəşə tutulması Belqorod tərəfdən baş verib. Onlar S-300 raket sistemindən atəş açıblar", - milli polisin rabitə şöbəsi Xarkov vilayəti üzrə baş polis idarəsinin rəisi Vladimir Timoşko deyib.
Bugünkü atəş nəticəsində bir qadın həlak olub, universitetlərdən birinin binası dağılıb. Polis bildirib ki, raketlər şəxsi evlərə də düşüb.
Polis indi mülki hədəflərə raket hücumlarının nəticələrini sənədləşdirir.
www.anews.az

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci ("Müharibə qanunlarını və adətlərini pozma”) maddəsi ilə cinayət işi açılıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib