Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Naxçıvan MR Babək rayonu Nehrəm kənd sakini olan 1973-cü il təvəllüdlü Fariz Nuriyev Rüstəm adlı şəxsin şikayəti əsasında həbs edilib. Belə ki, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək "MEGA City Holding" MMC-nin tikdiyi çoxmərtəbəli binadan 49 min manat verərək ev aldığını, sonradan həmin evdə başqasının yaşadığını öyrəndiyini bildirib. O, pulları şəxsən Fariz Nuriyevə verdiyini bildirib.
Hökmdən 9 gün əvvəl, yəni avqustun 9-da o həbs edilib.
Məhkəmədə tərəflər arasında barışıq əldə edildiyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























