Tokayev Putinlə görüş üçün Soçiyə gəlib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçiyə gəlib, daha sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə TASS Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Prezident Qasım-Jomart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”, - deyə mətbuat xidmətindən bildirilib.
Bir gün əvvəl Kreml bildirib ki, Rusiya və Qazaxıstan prezidentləri Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər, həmçinin, inteqrasiya birliklərində, o cümlədən bu il Qazaxıstanın sədrlik edəcəyi MDB məkanında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
www.anews.az

İyul ayında Putin və Tokayev telefon danışığı aparıblar, onlar enerji sektorunda layihələrin həyata keçirilməsini müzakirə ediblər. Tərəflər ölkələr arasında qarşılıqlı əlaqələrin vəziyyətindən də məmnunluq ifadə ediblər - Qazaxıstan liderinin sözlərinə görə, iqtisadi, nəqliyyat və logistika xarakterli bütün problemlər operativ şəkildə həll olunur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib