Prezident təqaüdçüsü olmaq üçün iki dəfə imtahan verdi

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla, ümumilikdə 692,3 bal toplayıb, bu barədə "Azərbaycan Universitetləri” səhifəsində məlumat paylaşılıb.

www.anews.az
"Bu, Sumqayıtdakı ən yüksək göstəricidir. Ziya həm 10, həm də 11-ci sinifdə Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibidir. Belə olan halda Ziya imtahansız qəbul olurdu. Ziya Prezident təqaüdçüsü olmaq, hədəflədiyi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq üçün qəbul imtahanlarında iştirak edir və 677,6 bal toplayır. Hədəfinə çatmaq üçün bu bal kifayət etmirdi və Ziya 2-ci dəfə imtahana qatılır və 692,3 bal toplayır”, - paylaşımda qeyd olunub.

Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























