• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan mənzil və ofis alan rusların sayı artır – “Forbes”

Bakıdan mənzil və ofis alan rusların sayı artır – “Forbes”
19.08.2022 16:38
Bakıda mənzil və ofis alan Rusiya vətəndaşlarının sayı 2022-ci ildə artıb, bu barədə "Forbes” nəşrinin Rusiya nümayəndəliyi araşdırma aparıb.

Bildirilir ki, Ukrayna ilə müharibə Rusiya vətəndaşlarının Avropa və ABŞ-a səfərlərini çətinləşdirdiyi üçün onlar MDB məkanında yer alan ölkələrə daha çox diqqət etməyə başlayıblar.

Rusiyada fəaliyyət göstərən "CORE.XP” daşınmaz əmlak agentliyinin nümayəndəsi Kirill Babiçenko deyib ki, Bakıda yerli və beynəlxalq operatorlar üçün çox maraqlı yerlər var.
 
"Bu yaxınlarda Rusiyada kifayət qədər çoxlu startaplar bazara daxil olub, onlar üçün Bakıda qeyd olunan məkanlar mükəmməldir. Azərbaycanın biznes və turist cəlbediciliyi nəticəsində ilkin mənzil bazarı fəal şəkildə inkişaf edir”. Bunu "BuyBuyHouse” adlı şirkətin aparıcı eksperti Marina Laşkeviç deyib. Ekspertin sözlərinə görə, 2022-ci ilin birinci rübündə Azərbaycanın daşınmaz əmlak bazarında əməliyyatların sayı 8% artıb: "Rusiyadan olan alıcılar yeni tikililər bazarının ayrıca hədəf auditoriyasına çevrilirlər”, - o deyib.

Yazıda daha sonra qeyd olunur ki, pandemiya daxili turizmin inkişafına fantastik təkan verib. Bakıda son bir ildə mənzillərin qiyməti orta hesabla 20% bahalaşıb. 

Bildirilir ki, hazırda Bakının daşınmaz əmlak bazarının təklif etdiyi layihələr rusiyalı alıcıları həm investisiya baxımından, həm də özləri və ailələri üçün mənzil kimi maraqlandırır. 

Bu ilin yay aylarında Bakıdakı yaşayış komplekslərindən birinə Rusiyadan daxil olan müraciətlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıb. (yeniavaz)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol