• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artistə “Tərəqqi” medalı təqdim olundu

Əməkdar artistə “Tərəqqi” medalı təqdim olundu
19.08.2022 21:30
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyada fəaliyyət göstərən "Rauf Avşar” Kukla Teatrının bədii rəhbəri Rauf Avşarovla görüşüb.
 
Dövlət Komitəsindən verilən məlumata görə, Komitə sədri Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ olunması istiqamətində həmyerlimizin gördüyü işləri yüksək qiymətləndirib, Estoniyadakı diaspor təşkilatlarının, Tallin şəhərindəki Azərbaycan Evinin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən danışıb, Komitənin mədəniyyət sahəsində maraqlı layihələrə hər zaman dəstək göstərdiyini vurğulayıb.
 
Qonaq "Rauf Avşar” Kukla Teatrının fəaliyyəti barədə ətraflı məlumat verib və gələcək planlarına dair fikirlərini bölüşüb.
 
Rauf Avşarovun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirildiyini, 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görüldüyünü qeyd edən F.Muradov Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində - Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu "Tərəqqi” medalını ona təqdim edib.
 
Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncə şəhərində Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Orta təhsilini öncə Gəncə şəhərində, sonra isə Bakı şəhərində alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitunu müəllim ixtisası üzrə bitirib. Bir müddət Sumqayıt şəhərindəki orta məktəblərin birində rəsmxətt müəllimi kimi fəaliyyət göstərib. 1981-ci ildə Estoniyaya köçərək orada öz müəllimlik fəaliyyətini davam etdirib. 1992-ci ildə Estoniyanın Tallinn şəhərində kukla teatrı rejissorluğu üzrə kursu bitirib. 1996-cı ildə "Rauf Avşar" Kukla Teatrını yaradıb.

 Teatrın repertuarında daha çox italyan, bolqar, rus və Azərbaycan xalq nağılları əsasında səhnələşdirilmiş əsərlər yer tutur. Teatr təsis olunduğu tarixdən bu günə qədər 25 əsəri səhnələşdirib. Səhnələşilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ edilir. Hər il Novruz bayramı ərəfəsində Novruz elementlərini özündə əks etdirən əsərlərin səhnələşdirilməsi eston uşaqları tərəfindən maraqla qarşılanır. Teatr kollektivinin səhnələşdirdiyi uşaq tamaşaları bir neçə dəfə Skandinaviya və Baltikyanı ölkələrdə - Latviya, Norveç və İsveçdə oynanılıb.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə teatr heyəti Salyan, Şəki, Zaqatala, Qax rayonlarında, Gəncə və Sumqayıt şəhərindəki dövlət teatrlarında bir sıra tamaşaları səhnələşdirib.

"Rauf Avşar” Kukla Teatrı 2011-ci ildə Azərbaycanda təşkil edilmiş Kukla Teatrlarının I Festivalında iştirak edib. Teatr Estoniyada hər il təşkil edilən kukla teatrları festivalında da davamlı olaraq iştirak edir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol