• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini yanğınlardan danışdı - Məsuliyyətsizlik göz qabağındadır

Nazir müavini yanğınlardan danışdı - Məsuliyyətsizlik göz qabağındadır
20.08.2022 18:30
Azərbaycanda quru, isti hava şəraiti başlanandan yanğınlar da dərhal özünü göstərdi və isti hava axını böyük ərazilərdə yanğınlarla müşayiət olundu. Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda planetdə baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar yanır, biomüxtəlifliyə, kənd təsərrüfatına, ətraf mühitə ciddi zərər dəyir. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Bəli, isti hava axını var və demək olar ki, hər il müşahidə olunur. Amma yanğınların baş verməsində əsas faktor insanların ehtiyatsızlığıdır.
Xatırlayırsınızsa, qızmar istilərin başlanacağı ilə əlaqədar təbiətdə olarkən odla ehtiyatlı davranmaq barəsində əhaliyə xəbərdarlıq edilmişdi. Lakin yenə də, məsuliyyətsizliyin nəticəsi göz qabağındadır”, - o deyib.

Nazir müavini bildirib ki, bu cür ürəkağrıdan mənzərə ilə qarşılaşmamaq üçün verilmiş xəbərdarlıqları ciddiyə almaq, təbiətdə olarkən maksimum dərəcədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir.

"Yanğının söndürülməsində iştirak etməyənlər, bəlkə də, bunun necə ağrılı-acılı və çətin vəziyyət olduğunu bilmirlər. Gözümüzün qabağında yaşıllıqların alovlar içərisində bir anda məhv olmasını görmək çox çətindir. Bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə də, hər kəsdən xahiş və tələb edirik ki, yanğının böyük fəlakət olduğunu nəzərə alsınlar və buna səbəb olmasınlar”, - o bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol