Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 468 nəfər yoluxub, 396 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, vəfat edən olmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkədə bu günədək ümumilikdə 807 984 nəfər koronavirusa yoluxub. Onlardan 794 621 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 579 nəfərdir.
Son gün ərzində 3 120, hazırkı dövrədək isə 7 116 736 test aparılıb.
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 395 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.
Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 847 248 təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























